...

ABŞ-da mağazada atışma olub - Üç ölü

Dünya xəbərləri Materials 27 Dekabr 2021 12:13 (UTC +04:00)
ABŞ-da mağazada atışma olub - Üç ölü

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın Texas ştatında mağazaların birində atışma baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində üç nəfər həlak olub. Daha bir nəfər isə yaralanıb.

Qeyd olunur ki, atışma Qarland şəhərində baş verib. Avtomobildən çıxan silahlı şəxs mağazaya daxil olan kimi atəş açıb. Daha sonra o, avtomobilə qayıdaraq hadisə yerini tərk edib.

Hazırda polis həmin şəxsin axtarışlarını aparır, hadisənin motivləri ilə bağlı araşdırma gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti