...

Ötən həftə Liviya sahillərində min nəfərə yaxın qanunsuz miqrant xilas edilib

Dünya xəbərləri Materials 28 Dekabr 2021 07:19 (UTC +04:00)
Ötən həftə Liviya sahillərində min nəfərə yaxın qanunsuz miqrant xilas edilib

Bakı. Trend:

Son bir həftə ərzində Liviya sahillərində 969 qanunsuz miqrant xilas edilib və Liviyaya geri qaytarılıb.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) bildiriblər.

""19-25 dekabr tarixləri arasında 969 miqrant dənizdə xilas edilib və Liviyaya geri qaytarılıb", - deyə BMqT-də bildirilib.

Məlumata əsasən, ilin əvvəlindən ümumilikdə 32 425 qanunsuz miqrant xilas edilib, 573 nəfər ölüb, 933 nəfər isə itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti