...

"Mercedes" 800 mindən artıq avtomobili geri çağırıb

Dünya xəbərləri Materials 5 Yanvar 2022 02:38 (UTC +04:00)
"Mercedes" 800 mindən artıq avtomobili geri çağırıb

Bakı. Trend:

Almaniyanın "Mercedes" avtomobil istehsalçısı mümkün nasazlıqlar səbəbilə 800 mindən artıq avtomobili geri çağırır.

Trend-in məlumatına görə, bu barədə şirkətin dekabrda müştərilərə göndərdiyi məktuba istinadən "Bild" qəzeti xəbər verib.

Məktuba əsasən, soyuducu mayenin nasosunda potensial nasazlıq ola bilər. Müəyyən şəraitdə bəzi hallarda yanğın da baş verə bilər.

Problem ondadır ki, müvafiq nəqliyyat vasitələrinin sahibləri koronavirus pandemiyasının səbəb olduğu ehtiyat hissələrinin çatışmazlığı səbəbindən texniki baxış tarixini hələ təyin edə bilmirlər.

Qeyd edilir ki, geri çağırılan avtomobillər "GLC", "GLE", "GLS" dizel modellərinə, eləcə də istehsal tarixi 2017-ci ilin yanvar-oktyabr ayları arasında olan "C", "E" və "S" siniflərinə aid avtomobillərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti