...

Pentaqon bildirib ki, müdafiə naziri, koronavirusa yoluxmağına baxmayaraq, iş başındadır

Dünya xəbərləri Materials 6 Yanvar 2022 07:06 (UTC +04:00)
Pentaqon bildirib ki, müdafiə naziri, koronavirusa yoluxmağına baxmayaraq, iş başındadır

Bakı. Trend:

ABŞ-ın müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxmasına baxmayaraq aktiv şəkildə işləməyə davam edir, onun vəziyyəti həkimlərdə heç bir narahatlıq yaratmır.

Trend xəbər verir ki, bunu brifinqdə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

Onun sözlərinə görə, nazirin simptomları yüngüldür, naziri müayinə üçün Hərbi Tibb Mərkəzinə aparmağa belə ehtiyac qalmayıb. O, diaqnoz qoyulandan sonra evdə müalicə alaraq sağalır.

"Lloyd Ostinin əhval-ruhiyyəsi yaxşıdır və müxtəlif virtual görüşlərdə, digər oxşar tədbirlərdə iştirak edir. ABŞ Müdafiə Nazirliyinin rəhbəri cümə günü Yaponiya ilə virtual danışıqlarda iştirak edəcək. Onun bu həftənin sonuna qədər işə qayıtmasını gözləmirəm", - deyə Kirbi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti