...

Pakistanda 17 nəfər saxt spirtli içkidən ölüb

Dünya xəbərləri Materials 13 Yanvar 2022 11:13 (UTC +04:00)
Pakistanda 17 nəfər saxt spirtli içkidən ölüb

Bakı. Orxan Nəbiyev - Trend:

Pakistanın cənub-şərqindəki Sind əyalətində azı 17 nəfər saxt spirtli içkidən zəhərlənərək ölüb.

Trend-in məlumatına görə, zəhərlənmə Heydərabad şəhəri yaxınlığındakı bir neçə kənddə qeydə alınıb.

17 nəfər xəstəxanaya müraciət etdikdən sonra müalicə zamanı həyatını itirib.

Hazırda saxta spirtli içkilərin mənşəyi ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti