Bakı. Trend:
Rusiyanən Xantı-Mansiysk Muxtar Dairəsinin Surqut rayonundakı Tortasinskoye neft-qaz yatağında quyuda yanğın baş verib.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, nəticədə 4 nəfər 2 və 3-cü dərəcəli yanıq xəsarətləri alıblar.
Yanğına səbəb qaz sızması olub. İlkin versiyaya görə, hadisə perforatorun quyuya enməsi zamanı baş verib və nəticədə qaz-hava qarışığı alovlanıb. Bundan sonra quyuların təmiri üçün qaldırıcı mexanizm və sementləmə qurğusu yanıb.
Hazırda yanğın söndürülüb.
Quyu hazırda bağlıdır, hər hansı neft və qaz sızması müşahidə olunmur.