...

ABŞ Dövlət Departamenti İranı nüvə sazişi üzrə birbaşa dialoqa çağırıb

Dünya xəbərləri Materials 1 Fevral 2022 06:07 (UTC +04:00)
ABŞ Dövlət Departamenti İranı nüvə sazişi üzrə birbaşa dialoqa çağırıb

Bakı. Trend:

ABŞ İranı nüvə sazişi üzrə birbaşa dialoqa çağırır, çünki İranın proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) bərpa etmək məqsədilə razılığa gəlmək üçün bir neçə həftə qaldığını düşünür.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu JCPOA üzrə Vyana danışıqlarına həsr olunmuş xüsusi brifinqdə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.

"İranın nüvə sənayesində irəliləyiş tempini nəzərə alsaq, razılığa gəlmək üçün cəmi bir neçə həftəmiz var. Bundan sonra, təəssüf ki, daha JCPOA-ya qayıtmaq və bu sazişin silahların yayılmaması baxımından bizə verdiyi üstünlüklərini geri qaytarmaq mümkün olmayacaq", - deyə diplomat bildirib.

Bundan əvvəl, İran bəyan edib ki, o, yalnız ABŞ-ın Tehrana qarşı bütün sanksiyaları tamamilə ləğv etməsi və İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından yenidən çıxmaması şərti ilə JCPOA-ya qayıdacaq. Buna cavab olaraq ABŞ İrana ancaq Fəaliyyət Planına zidd olan sanksiyaları götürməyə hazır olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti