Bakı. Trend:
ABŞ-ın Alabama ştatının Heyl dairəsində yaranan tornado nəticəsində ən azı bir nəfər ölüb, 8 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə məlumatı NBC telekanalı yayıb.
Yerli xilasetmə qurumlarının məlumatına görə, bütün dairə ərazisində irimiqyaslı dağıntılar var.
Bundan əvvəl qar və yağış səbəbindən ABŞ-ın mərkəzi və şərqində 230 mindən çox sakin işıqsız qalmışdır. Ən çox ziyan Tennessi ştatına dəyib. Brada 137 000-dən çox insan elektrik enerjisi verilişində kəsilmələrlə üzləşib.