...

Hindistan turistlər üçün səfər qaydalarını asanlaşdırır

Dünya xəbərləri Materials 10 Fevral 2022 16:26 (UTC +04:00)
Hindistan turistlər üçün səfər qaydalarını asanlaşdırır

Bakı. Orxan Nəbiyev - Trend:

Hindistan Səhiyyə Nazirliyi tərəfindən ölkəyə daxil olan şəxslərin məcburi karantinə alınması qaydası ləğv edilib.

Trend-in məlumatına görə, yeni qərara əsasən, Hindistana gələn turistlərdən bir həftəlik karantin tələbi aradan qaldırılır.

Bundan başqa, 80-dən çox ölkədən gələn şəxslərdən PSR testi tələbi də ləğv edilir.

Qeyd olunur ki, həmin ölkələrdən olan şəxslər yalnız vaksin sertifikatı göstərməklə Hindistana səfər edə bilər.

Yeni qaydalar fevralın 14-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti