...

Fici sahillərində güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 17 Fevral 2022 01:49 (UTC +04:00)
Fici sahillərində güclü zəlzələ baş verib

Bakı. Trend:

Fici sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, təbii fəlakətin episentri təxminən 77,3 min nəfər əhalisi olan paytaxt Suva şəhərindən 647 km şimal-qərbdə yerləşib. Ocağın dərinliyi 528 km təşkil edib.

Sunami təhlükəsi barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti