...

Burkina-Fasoda mədəndə partlayış baş verib, onlarla insan həlak olub

Dünya xəbərləri Materials 22 Fevral 2022 06:07 (UTC +04:00)
Burkina-Fasoda mədəndə partlayış baş verib, onlarla insan həlak olub

Bakı. Trend:

Burkina-Fasoda qızıl mədənində partlayış nəticəsində azı 59 nəfər həyatının itirib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, 50 nəfərdən çox insan xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti kritik qiymətləndirilir. Bu səbəbdən ölənlərin sayının artacağı istisna edilmir.

Xəsarət alanlar arasında qadın və uşaqlarda var.

Partlayış istismarı sürüşmə səbəbindən qadağan olunan mədəndə baş verib. Məlumata görə, partlayışa dinamit saxlancında baş vermiş yanğın səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti