Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi qəbul edəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti administrasiyasından bildiriblər.
Məlumata əsasən, görüşdə ikitərəfli əlaqələr, eləcə də regional və beynəlxalq məsələlər, o cümlədən cari geosiyasi hadisələr və Ukraynadakı vəziyyət müzakirə olunacaq.