...

Pentaqonun rəhbəri Boqlarıstanda NATO-nun şərq cinahının gücləndirilməsini müzakirə edib

Dünya xəbərləri Materials 20 Mart 2022 01:45 (UTC +04:00)
Pentaqonun rəhbəri Boqlarıstanda NATO-nun şərq cinahının gücləndirilməsini müzakirə edib

Bakı. Trend:

ABŞ-ın müdafiə naziri Loyd Ostin Bolqarıstana səfəri zamanı bu ölkənin rəhbərliyi ilə NATO-nun şərq cinahının gücləndirilməsi ilə bağlı məsələləri müzakirə edib.

Trend-in məlumatına görə, bunu Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

Onun sözlərinə görə, L.Ostin Bolqarıstanın baş naziri Kiril Petkov və müdafiə naziri Draqomir Zakovla görüşüb. Pentaqonun rəhbəri ikitərəfli strateji tərəfdaşlığın vacibliyini qeyd edib və "ABŞ-ın bu həlledici anda NATO-nun şərq cinahının təhlükəsizliyini təmin etməyə sadiq olduğunu vurğulayıb".

C.Kirbi bildirib ki, L.Ostin "Ukraynaya humanitar yardıma verdiyi töhfəyə və yeni çoxmillətli döyüş qrupunun yerləşdirilməsinə görə Bolqarıstanda minnətdarlığını bildirib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti