...

"Reuters": ABŞ Türkiyə ilə məsləhətləşmələrdə Ankaranın S-400-ləri Kiyevə verməsi ehtimalına toxunub

Dünya xəbərləri Materials 20 Mart 2022 06:00 (UTC +04:00)
"Reuters": ABŞ Türkiyə ilə məsləhətləşmələrdə Ankaranın S-400-ləri Kiyevə verməsi ehtimalına toxunub

Bakı. Trend:

ABŞ rəsmiləri Türkiyəli həmkarları ilə məsləhətləşmələr zamanı Ankaranın S-400 zenit-raket komplekslərinin Kiyevə verilməsi ehtimalına toxunublar, lakin rəsmi olaraq belə bir təkliflə çıxış etməyiblər.

Trend-in məlumatına görə, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi xəbər yayıb.

Mənbələrin sözlərinə görə, ABŞ rəsmiləri bu ehtimal barədə "son aylar ərzində" danışıblar. Xüsusilə bu mövzu bu ayın əvvəlində ABŞ dövlət katibinin birinci müavini Uendi Şermanın Türkiyəyə səfəri zamanı "qısa müzakirə edilib".

Qeyd edilir ki, analitiklərin fikrincə, "bu ideya Türkiyə tərəfindən şübhəsiz ki, rədd ediləcək".

Agentlik bildirir ki, ABŞ rəsmiləri son həftələrdə Ankara ilə "gərginləşmiş münasibətləri yaxşılaşdırmaq" və Türkiyəni yenidən Vaşinqtonun orbitinə çıxarmaq üçün səylərini artırıblar, lakin bu sahədə konkret təkliflər hələ hazırlanmayıb.

Agentlik qeyd edir ki, ABŞ hakimiyyəti müttəfiqlərdən SSRİ və ya Rusiya istehsalı olan silahların Ukraynaya verilməsi imkanlarını nəzərdən keçirməyi istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti