...

ABŞ-ın Nyu Orlean şəhərində tornado nəticəsində azı bir nəfər həyatını itirib (Əlavə olunub)

Dünya xəbərləri Materials 23 Mart 2022 07:49 (UTC +04:00)
ABŞ-ın Nyu Orlean şəhərində tornado nəticəsində azı bir nəfər həyatını itirib (Əlavə olunub)

Bakı. Trend:

ABŞ-ın Luiziana ştatının Nyu Orlean şəhərində baş vermiş tornado nəticəsində azı bir nəfər həyatını itirib.

Trend bu barədə “The New York Times” qəzetinə istinadən xəbər verir.

07:39 (GMT+4) ABŞ-ın Luiziana ştatının Nyu Orlean şəhərində tornado baş verib.

Trend xəbər verir ki, bu barədə “The New York Times” yerli hakimiyyət orqanlarına istinadən yazır.

Qeyd olunur ki, şəhərdəki evlərə ciddi ziyan dəyib, elektrik verilişi kəsilib. Zərərçəkənlər barədə məlumat verilməsə də, dağıntılar altında insanların qala biləcəyi istisna edilmir.

Hazırda onların axtarışı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti