Bakı. Trend:
Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Eberhard Tsorn və kansler Olaf Şolts İsraildən "Arrow 3" hava hücumundan müdafiə müdafiə sistemlərinin alınması imkanını müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə "Bild am Sonntag" qəzeti xəbər yayıb.
Məlumata əsasən, bu sistemlərin bir ədədinin qiyməti 2 milyard avrodur və 2025-ci ilə qədər Almaniyada istifadəyə verilə bilər.
Eyni zamanda, qəzet İsraillə danışıqların hansı mərhələdə olduğunu və ya danışıqların başlayıb-başlamaması barədə məlumat vermir.