...

"Dune" filmi texniki nominasiyalarda dörd "Oskar" mükafatı qazanıb

Dünya xəbərləri Materials 28 Mart 2022 05:06 (UTC +04:00)
"Dune" filmi texniki nominasiyalarda dörd "Oskar" mükafatı qazanıb

Bakı. Trend:

Fransız-Kanada rejissoru Denis Villeneuvenin "Dune" fantastika filmi texniki kateqoriyalar üzrə dörd "Oskar" mükafatı alıb.

Trend xəbər verir ki, bu barədə Amerika Kino Sənəti Akademiyasının bazar günü yaydığı bəyanatda deyilir.

Bu il bəzi qaliblər əsas mərasimdən əvvəl elan edilib. "Dune" ən yaxşı səs, ən yaxşı montaj, ən yaxşı saundtrek və ən yaxşı quruluşçu-rəssam nominasiyalarında mükafat qazanıb.

Həmçinin aşağıdakı kateqoriyalar üzrə "Oskar" qalibləri açıqlanıb:

ən yaxşı qısametrajlı sənədli film - "Basketbol kraliçası" (The Queen of Basketball, 2021), ən yaxşı qısametrajlı animasiya filmi - "Şüşəsilən" (The Windshield Wiper, 2021), ən yaxşı qısametrajlı film - "Uzun çəkən vidalaşma" (The Long Goodbye, 2020), ən yaxşı qrim və saç düzümü - "Temmi Feyin gözləri" (The Eyes of Tammy Faye, 2021).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti