...

Norveç sularında yeni neft-qaz yatağı kəşf edilib

Dünya xəbərləri Materials 11 Aprel 2022 17:14 (UTC +04:00)
Norveç sularında yeni neft-qaz yatağı kəşf edilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Norveçin "Equinor" şirkəti ölkənin ərazi sularında yeni neft-qaz yatağı aşkar edib.

Trend-in məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, yeni yataq Şimal dənizinin Fram və Troll sahələrində kəşf edilib.

İlkin hesablamalara əsasən, yatağın neft ehtiyatları 25-50 milyon barel, qaz ehtiyatları 4-8 milyon kubmetr səviyyəsində qiymətləndirilir.

Qeyd edək ki, Norveçdə neft və qaz hasilatı 1971-ci ildə başlayıb. Bu gün ölkə Avropa İttifaqının karbohidrogen tələbatının 15 faizini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti