...

Dünya Bankı Ukraynaya 1,5 milyard dollar məbləğində yardım verəcək

Dünya xəbərləri Materials 12 Aprel 2022 16:43 (UTC +04:00)
Dünya Bankı Ukraynaya 1,5 milyard dollar məbləğində yardım verəcək
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı Ukraynada əhaliyə dövlət xidmətlərinin göstərilməsinə dəstək məqsədilə 1,5 milyard dollar məbləğində yardım ayırıb.

Trend-in məlumatına görə, bunu Dünya Bankının prezidenti Devid Melpas deyib.

O bildirib ki, qurumun donor ölkələri həmin məbləğin Ukraynaya təqdim olunmasına razılıq verib.

Bundan başqa, Moldova üçün də 100 milyon dollar məbləğində yardım nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti