Bakı. Trend:
İndoneziyanın Cənubi Kalimantan əyalətində mağaza binası çöküb.
Trend-in məlumatına görə, azı 15 nəfər dağıntıların altında qalıb.
Qeyd olunur ki, bu saatadək 3 nəfəri xilas etmək mümkün olub. Digər şəxslərin axtarışı və xilasetmə işləri davam etdirilir.
Hazırda binanın çökməsinin səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.