...

Zelenski Britaniyaya səfirliyin Kiyevə qaytardığına görə təşəkkür edib

Dünya xəbərləri Materials 23 Aprel 2022 06:45 (UTC +04:00)
Zelenski Britaniyaya səfirliyin Kiyevə qaytardığına görə təşəkkür edib

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski səfirliyin Kiyevə qaytarılmasına görə Böyük Britaniya hakimiyyətinə təşəkkür edib.

Trend xəbər verir ki, bu barədə V.Zelenski növbəti videomüraciəti zamanı deyib.

"Səfirliyin Kiyevə qaytarılması ilə bağlı elan edilmiş mühüm simvolik qərara görə britaniyalı dostlarımıza minnətdaram", - deyə V.Zelenski bildirib.

O qeyd edib ki, Britaniya diplomatik missiyasını Ukrayna paytaxtına qaytaran 21-ci dövlət oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti