...

Türkiyə Rusiyadan S-400-lərin ikinci partiyasının alınmasını müzakirə edir - Nazir

Dünya xəbərləri Materials 26 Aprel 2022 23:41 (UTC +04:00)
Türkiyə Rusiyadan S-400-lərin ikinci partiyasının alınmasını müzakirə edir - Nazir

Bakı. Trend:

Rusiyadan S-400 zenit-raket komplekslərinin ikinci partiyasının alınması gündəmdədir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi naziri İsmayil Dəmir bildirib.

Nazir bildirib ki, Türkiyə müdafiə sənayesinin tədarük etdiyi məhsullar analoqları ilə rəqabət aparacaq, hətta onları keçəcək səviyyədədir.

"Əvvəldən planlaşdırılan S-400-lərin ikinci partiyasının alınması barədə müzakirələr aparılır", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti