Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyanın kortejindəki avtomobillərdən biri Yerevanda hamilə qadını vuraraq öldürüb.
Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata əsasən, 28 yaşlı qadın xəstəxanada dünyasını dəyişib, uşağı xilas etmək mümkün olmayıb.
Digər təfərrüatlar barədə məlumat verilmir.