...

ABŞ-ın Kanzas ştatında tornado nəticəsində 15 mindən çox insan işıqsız qalıb

Dünya xəbərləri Materials 1 May 2022 09:21 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Kanzas ştatında tornado nəticəsində 15 mindən çox insan işıqsız qalıb.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində minlərlə ev və tikili tamamilə və ya qismən dağılıb. Yerli hakimiyyət orqanları qurbanların olduğunu bildirir, lakin ölənlər yoxdur.

Qeyd edək ki, aprelin 30-da Kanzas ştatının Andover şəhərində ciddi dağıntılara səbəb olan güclü tornado baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti