...

BMT TŞ Talibanı qadınların hüquq və azadlıqlarına hörmət etməyə çağırıb

Dünya xəbərləri Materials 25 May 2022 00:20 (UTC +04:00)
BMT TŞ Talibanı qadınların hüquq və azadlıqlarına hörmət etməyə çağırıb

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası Taliban hərəkatı tərəfindən Əfqanıstanda qadın və qızların hüquqlarına son məhdudiyyətlər qoyulmasından narahatlığını bildirib və ölkənin yeni hakimiyyət orqanlarını öz siyasətinə yenidən baxmağa çağırıb.

Trend xəbər verir ki, bu barədə qurumun çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası Taliban tərəfindən Əfqanıstanda insan hüquqlarının, qadın və qızların fundamental azadlıqlarının artan pozulması, o cümlədən təhsil, iş, hərəkət azadlığı, qadınların ictimai həyatda iştirakına məhdudiyyətlər qoyulmasından dərin narahatlığını ifadə edir.

"Təhlükəsizlik Şurası Talibanın bütün qadınların ictimai yerlərdə, o cümlədən televiziyada üzlərini örtməli və yalnız zəruri hallarda evi tərk etməli olduqları barədə bəyanatından dərin narahatdır", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti