Bakı. Trend:
Türkiyə silahlı qüvvələri Suriyanın şimalında PKK/YPG terror təşkilatının 15 silahlısını zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "Twitter" hesabında məlumat yayıb.
Məlumata görə, silahlılar Türkiyə Silahlı Qüvvələrinin “Sülh mənbəyi” və “Zeytun budağı” antiterror əməliyyatları zonasında türk hərbçilərinə silahlı hücum hazırlayırmış.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən minlərlə Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki şəxs öldürülüb.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.