...

Türkiyə xüsusi xidmət orqanları İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 10 İyun 2022 07:04 (UTC +04:00)
Türkiyə xüsusi xidmət orqanları İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə xüsusi xidmət orqanlarının Şimali İraqda həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 3 PKK terrorçusu zərərsizləşdirilib.

Trend yerli KİV-lərə istinadla xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları İraqın Türkiyə ilə həmsərhəd olan Qara bölgəsində bir qrup terrorçunu məhv edib.

Son aylarda MİT əməkdaşları Şimali İraq və Suriyada bir sıra antiterror əməliyyatları həyata keçirib.

Digərləri arasında İraqın Mahmur, Kərkük və Süleymaniyyə bölgələrində terrorçular dəstəsinə rəhbərlik edən PKK liderlərindən biri, “Ahmet Rubar” ləqəbli Mehmet Ərdoğan da məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti