...

ABŞ-da hərbi aviasiyanın uçuşları dayandırılıb

Dünya xəbərləri Materials 13 İyun 2022 02:11 (UTC +04:00)
ABŞ-da hərbi aviasiyanın uçuşları dayandırılıb

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı, Kaliforniyada baş verən qəzaların artması ilə əlaqədar iyunun 13-dən hərbi təyyarələrin uçuşlarını dayandırmaq qərarına gəlib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ HDQ komandanlığının yaydığı açıqlamada bildirilir.

"Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun aviasiyası vasitələrinin iştirakı ilə son qəzalarla əlaqədar, Komandanlıq risklərin idarə edilməsini qiymətləndirmək, təhlükə və səhvlərin aradan qaldırılması məqsədi ilə təlimləri keçirmək üçün 13 iyun tarixində əməliyyat yerinə yetirməyən bütün aviasiya bölmələrinə uçuşları dayandırmağı qərara alıb", - məlumatda bildirilir.

Qeyd olunur ki, əməliyyat həyata keçirən bölmələr uçuşları ilk imkan olduğu zaman dayandıracaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti