...

Türkiyə xüsusi xidmət orqanları İraqın şimalında 5 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 22 İyun 2022 22:28 (UTC +04:00)
Türkiyə xüsusi xidmət orqanları İraqın şimalında 5 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə xüsusi xidmət orqanlarının İraqın şimalında həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib.

Trend yerli mətbuata istinadla xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları yaraqlıları İraqın Türkiyə ilə həmsərhəd Qara bölgəsində məhv edib.

Əməliyyatlar iyunun 17 və 21-də həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti