...

ABŞ-da qadını ildırım vuraraq öldürüb

Dünya xəbərləri Materials 23 İyun 2022 03:25 (UTC +04:00)
ABŞ-da qadını ildırım vuraraq öldürüb

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının cənubunda bədbəxt hadisə baş verib.

Trend xəbər verir ki, hadisə Piko Rivera şəhərciyində səhər vaxtlarında qadının gəzintiyə çıxdığı zaman baş verib.

Ətrafdakılar hadisə yerinə dərhal təcili yardım və polisi çağırıblar.

Şəhər hakimiyyəti daha sonra vətəndaşları müşahidə olunan hava çəraiti ilə bağlı açıq hava gəzintiləri və tədbirləri təxirə salmağa çağırıb.

Qeyd edək ki, Cənubi Kaliforniyanın bəzi bölgələrində çimərliklər belə təhlükəli hava şəraiti səbəbindən bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti