...

Dünyada bir həftə ərzində koronavirusa yoluxma hallarının sayı 18 faiz artıb - ÜST

Dünya xəbərləri Materials 29 İyun 2022 22:15 (UTC +04:00)
Dünyada bir həftə ərzində koronavirusa yoluxma hallarının sayı 18 faiz artıb - ÜST

Bakı. Trend:

Son bir həftə ərzində dünyada 4,18 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 8,5 mindən artıq insan isə koronavirusdan ölüb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 18 faiz, ölüm hallarının sayı isə 3 faiz artıb.

"İyunun 13-dən 19-dək koronavirusa 4 182 217 nəfər yoluxub, 8 552 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 18 faiz, ölüm hallarının sayı isə 3 faiz artıb", - deyə bülletendə bildirilir.

Qeyd edək ki, iyunun 29-u üçün koronavirusa yoluxanların sayı 542 188 789 nəfərə, ölənlərin sayı isə 6 329 275 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti