Bakı. Trend:
Polşada gecə saatlarında qeydə alınmış kəskin hava şəraiti və siklonla əlaqədar azı yeddi nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, xəsarət alanlardan iki nəfəri yardım üçün çağırılmış yanğınsöndürənlər olub.
Qeyd olunub ki, kəskin hava şəraiti Polşanın bütün regionlarını əhatə edib.
Bəzi regionlarda ümumilikdə 46 min sakin işıqsız qalb. 1300-dən çox qatar reysi ləngiyib.
Ölkənin şimalında açıq havada planlaşdırılan iri konsert təxirə salınıb. Konsertin iştirakçıları və qonaqları təxliyə olunub.