...

Rusiyada son sutka koronavirusa 3 mindən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 3 İyul 2022 14:27 (UTC +04:00)
Rusiyada son sutka koronavirusa 3 mindən çox yoluxma qeydə alınıb

Bakı. Trend:

Rusiyada son stuka ərzində koronavirusa 3 080 yoluxma halı qeydə alınıb.

Trned xəbər verir ki, koronavirus testinin nəticəsi müsbət çıxan şəxslərdən 510 nəfəri xəstəxanaya yerləşdirilib.

Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 18 439 759 nəfərə çatıb.

Eyni zamanda, son sutkada 47 nəfər həyatını itirib, 2 595 nəfər isə sağalıb.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 381 263 nəfərə, koronavirusdan sağalanların sayı isə 17 867 688 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti