...

Las-Veqas hava limanında iki təyyarə toqquşub

Dünya xəbərləri Materials 18 İyul 2022 03:32 (UTC +04:00)
Las-Veqas hava limanında iki təyyarə toqquşub

Bakı. Trend:

İyulun 17-də ABŞ-ın Şimali Las-Veqas hava limanında qəza baş verib.

Trend-in məlumatına görə, bu barədə "8newsnow" polisə istinadən bildirib.

Beynəlxalq Hava Limanının nümayəndəsi Harri Rid iki təyyarənin toqquşduğunu təsdiqləyib.

NLVPD zabiti Aleks Kuevasın sözlərinə görə, qəza ilə bağlı yerli vaxtla günorta saatlarında zəng gəlib: "Bu, hazırda ilkin məlumatdır və hər hansı ölüm faktını təsdiqləyə bilmirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti