Bakı. Trend:
Türkiyənin şimal-qərbindəki Kırklareli vilayətində 123 qanunsuz miqrant saxlanılıb.
Trend-in məlumatına görə, Türkiyə jandarmeriya əməkdaşları Kofçaz rayonlarında qanunsuz miqrantların olması ilə bağlı məlumat alıblar.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Əfqanıstan, Pakistan və Suriya vətəndaşlarıdır.
Bundan başqa, Türkiyə ərazisinə qanunsuz keçidi təşkil edən 6 nəfər həbs edilib.
Müvafiq prosedurlar tamamlandıqdan sonra qaçqınlar Pehlivanköydəki Müvəqqəti Saxlama Mərkəzinə göndərilib.