...

Təhlükəsizlik qüvvələri Bağdadda parlamentə nəzarəti bərpa edib

Dünya xəbərləri Materials 28 İyul 2022 02:01 (UTC +04:00)

Bakı. Trend:

İraq parlamentini ələ keçirən etirazçılar Nümayəndələr Şurasının binasını tərk edirlər. Təhlükəsizlik qüvvələri tədricən parlament kompleksinə nəzarəti bərpa edir.

Trend xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl etirazçılar parlamentin binasını ələ keçirmişdilər. Təhlükəsizliyə görə bir çox İraq rəsmiləri iğtişaşların episentrində olan Bağdadın "yaşıl zonasını" tələsik tərk etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti