...

Çin nüvə arsenalını 3-4 dəfə artırır - Pentaqon

Dünya xəbərləri Materials 6 Avqust 2022 00:32 (UTC +04:00)
Çin nüvə arsenalını 3-4 dəfə artırır - Pentaqon

Bakı. Trend:

Çin nüvə arsenalını 3-4 dəfə artırmaq prosesindədir.

Trend xəbər verir ki, bunu brifinq zamanı ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol deyib.

"“Çin öz nüvə arsenalını çox sürətlə - üç və hətta dördqat artırma prosesindədir", - deyə K.Kol bildirib.

Onun sözlərinə görə, ABŞ administrasiyası daha əvvəl Çinin strateji sabitlik məsələlərini müzakirə etmək niyyəti ilə bağlı bəyanatlarını eşidib, lakin Vaşinqton “Pekinin bu cür işə real hazır olduğunu görmür”.

K.Kol eyni zamanda vurğulayıb ki, onun ölkəsi Çinlə münaqişəyə girmək istəməzdi: "Tayvan ətrafındakı vəziyyətdə gördüyümüz yaxşı şeylərdən biri Çin tərəfindən heç bir nüvə təhlükəsinin olmaması idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti