...

Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları imzalayacaq

Dünya xəbərləri Materials 9 Avqust 2022 06:18 (UTC +04:00)
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları imzalayacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı, avqustun 9-da İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları imzalayacaq.

Trend xəbər verir ki, bu barədə ABŞ liderinin avqustun 9-u üçün Ağ Ev tərəfindən yayılan qrafikində deyilir.

"Günün ikinci yarısında prezident çıxış edəcək və Finlandiya Respublikası və İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolların ratifikasiya sənədlərini imzalayacaq", - deyə qrafikdə bildirilir.

Mərasim Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti