...

Pentaqonun rəhbəri koronavirusa yoluxub

Dünya xəbərləri Materials 16 Avqust 2022 00:51 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub.

Trend xəbər verir ki, bu barədə L.Ostinin Pentaqonun saytında yerləşdirilən açıqlamasında deyilir.

"Bu səhər COVID-19 üzrə testimin nəticəsi müsbət oldu. Yüngül simptomlarım var və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin tövsiyə etdiyi kimi beş gün ərzində evdə karantində olacağam", - deyə açıqlama bildirilir.

Nazirin sözlərinə görə, o, vəzifələrini məsafədən icra etməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti