...

Türkiyə xüsusi təyinatlıları Suriyada 4 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 16 Avqust 2022 04:29 (UTC +04:00)
Türkiyə xüsusi təyinatlıları Suriyada 4 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə Silahlı Qoşunlarının xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında YPG terror təşkilatının (PKK-nın Suriya qolu - red.) 4 üzvünü zərərsizləşdiriblər.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat veriblər.

Məlumata əsasən, sözügedən terrorçular Türkiyə ordusunun "Sülh çeşməsi", "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları zonalarını atəşə tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti