...

Yunanıstanda alpinistləri ildırım vurub

Dünya xəbərləri Materials 22 Avqust 2022 12:07 (UTC +04:00)
Yunanıstanda alpinistləri ildırım vurub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanın şimalındakı Drama regionunda bir qrup alpinisti ildırım vurub.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir alpinist həlak olub, daha bir nəfər isə ağır xəsarətlər alıb.

Qeyd olunur ki, dörd nəfərdən ibarət alpinistlər qrupu şənbə günündən başlayaraq 2 min metrdən çox hündürlüyü olan altı zirvəni fəth etməyi planlaşdırırdı.

Ötən gün hava şəraiti kəskin pisləşdikdən sonra alpinistləri ildırım vurub. Hadisə yerinə xilasedicilər göndərilib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti