...

Bağdadda etiraz aksiyaları başlayıb

Dünya xəbərləri Materials 29 Avqust 2022 16:26 (UTC +04:00)
Bağdadda etiraz aksiyaları başlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İraqın paytaxtı Bağdadda nüfuzlu siyasi xadim Müqtəda əs-Sədrin tərəfdarları etiraz aksiyası keçirərək Respbulika Sarayını mühasirəyə alıb.

Trend-in məlumatına görə, aksiya M.əs-Sədrin siyasi fəaliyyətinə son verməsi barədə açıqlamasından sonra başlayıb.

Qeyd olunur ki, M.əs-Sədr ölkədə mövcud siyasi vəziyyətin dalana dirəndiyini bildirərək siyasətdən uzaqlaşdığını elan edib.

Etirazçılar siyasi və diplomatik qurumların yerləşdiyi "Yaşıl zona"ya daxil olub. Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarının qarşısının alınması üçün su şırnaqlarından istifadə edib.

Xatırladaq ki, M.əs-Sədr tərəfdarları iyulun sonlarında da bir neçə gün etiraz aksiyaları keçirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti