...

İraqda iğtişaşlarda ölənlərin sayı 30-u keçib

Dünya xəbərləri Materials 30 Avqust 2022 11:51 (UTC +04:00)
İraqda iğtişaşlarda ölənlərin sayı 30-u keçib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İraqın paytaxtı Bağdadda ötən gün başlayan etiraz aksiyaları və iğtişaşlar nəticəsində həlak olanların sayı 30 nəfəri ötüb.

Trend-in məlumatına görə, bu barədə İraq KİV-ləri bildirir.

Qeyd olunur ki, Bağdadın siyasi və diplomatik qurumlarının yerləşdiyi "Yaşıl zona"da iğtişaşlar gecə boyunca davam edib.

Ötən gün etirazçıların Respublika sarayına daxil olduğu bildirilmişdi.

Eyni zamanda, iğtişaşlar zamanı azı 380 nəfərin yaralandığı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti