...

Yaponiyada “Hinnamnor” tayfunu səbəbindən 130-dan çox uçuş təxirə salınıb

Dünya xəbərləri Materials 6 Sentyabr 2022 05:54 (UTC +04:00)
Yaponiyada “Hinnamnor” tayfunu səbəbindən 130-dan çox uçuş təxirə salınıb

Bakı. Trend:

Yaponiyanın Kyuşu adasının yaxınlığında yerləşən "Hinnamnor" qasırğası səbəbindən Yaponiyada ən azı 134 daxili reys ləğv edilib.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.

"JR" dəmir yolu şirkəti öz növbəsində Fukuoka və Kumamoto arasındakı hissədə "şinkansen" sürətli qatarlarının hərəkətini dayandırıb. Kyuşudan keçən digər xətlərdə qatarlar uzun fasilələrlə hərəkət edir.

Həmçinin, "Kyushu Electric Power" şirkətinin məlumatına görə, hazırda Kyuşuda 35 minə yaxın ev tayfunun təsirləri səbəbindən işıqsız qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti