...

Türkiyənin Ceyhan limanı tərəfindən qəbul edilən yüklərin həcmi 10 milyon tona çatır

Dünya xəbərləri Materials 16 Sentyabr 2022 10:14 (UTC +04:00)
Türkiyənin Ceyhan limanı tərəfindən qəbul edilən yüklərin həcmi 10 milyon tona çatır

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin Adana şəhərində yerləşən Ceyhan limanı 9 milyon 926 min 645 ton yük qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Ceyhan limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 132 min 974 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 9 milyon 793 min 671 ton yük daşınıb.

“2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin Ceyhan limanından 32 milyon 157 min 487 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 54 milyon 39 min 258 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti