...

Türkiyə Sahil Mühafizəsi 70-ə yaxın qanunsuz miqrantı xilas edib

Dünya xəbərləri Materials 19 Oktyabr 2022 06:17 (UTC +04:00)
Türkiyə Sahil Mühafizəsi 70-ə yaxın qanunsuz miqrantı xilas edib

Bakı. Trend:

Türkiyənin şimal-qərbindəki Balıkəsir vilayətində 67 qanunsuz miqrant xilas edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı bildirib.

Məlumata əsasən, Yunanıstan tərəfi miqrantların olduğu üç rezin qayığı beynəlxalq humanitar hüquqa zidd olaraq Türkiyənin ərazi sularına çıxarıb.

Bildirilib ki, Ayvalık rayonu sahillərində sığınacaq axtaran şəxslər xilas edilib.

Müvafiq prosedurlardan keçdikdən sonra bütün qanunsuz miqrantlar miqrasiya işləri üzrə rayon idarəsinə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti