...

P-72 Dəniz Patrul Təyyarəsi Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilib

Dünya xəbərləri Materials 24 Oktyabr 2022 11:12 (UTC +04:00)
P-72 Dəniz Patrul Təyyarəsi Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilib

Bakı. Trend:

Türkiyənin Müdafiə Sənayesi Başçılığı tərəfindən həyata keçirilən MELTEM-3 Layihəsi çərçivəsində P-72 Dəniz Patrul Təyyarəsinin beşincisi Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilib.

Trend-in TurkicWorld- istinadən məlumatına görə, layihə Türkiyə sənayesinin sıx iştirakı ilə həyata keçirilir.

Ətraflı hissələrin istehsalı, təyyarə modifikasiyas, material təchizatı, yer və uçuş sınaqlarına dəstək və İnteqrasiya edilmiş Logistika Dəstəyi fəaliyyətləri Türk Aerokosmik Sənayesi tərəfindən həyata keçirilir. Bununla yanaşı, sistem/cihaz təchizatı isə Türkiyənin ASELSAN şirkəti tərəfindən təmin edilir.

Məlumat üçün qeyd edək ki, sonuncu Dəniz Patrul Təyyarəsinin 2023-cü ilin birinci yarısında Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti