...

Nigeriya polisi məsciddə girov götürülən insanlardan bəzilərini azad edib

Dünya xəbərləri Materials 5 Dekabr 2022 01:33 (UTC +04:00)

Bakı. Trend:

Nigeriyanın təhlükəsizlik qüvvələri xüsusi əməliyyat nəticəsində Katsina ştatında məsciddən oğurlanan 19 girovdan 6-nı azad edə bilib.

Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi ştatın polis nümayəndəsinə istinadən bildirib.

Hüquq-mühafizə orqanı rəsmisinin sözlərinə görə, cinayətkarlar Mayqamcı kəndindəki məscidə hücum ediblər, orada atışma nəticəsində iki nəfər yaralanıb, 19 girov götürülüb. Şənbə günü axşam saatlarında iki nəfər polis tərəfindən xilas edilib, daha dörd nəfər isə bazar günü azad olunub.

Qalan girovların axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti