...

İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 8 Dekabr 2022 07:58 (UTC +04:00)

Bakı. Trend:

İndoneziyanın Yava adasında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Boqor şəhərindən 45 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 134 kilometr dərinlikdə olub.

Xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti