...

Britaniya "Santander" bankının törəmə şirkətini 132 milyon dollar cərimələyib

Dünya xəbərləri Materials 9 Dekabr 2022 16:47 (UTC +04:00)
Britaniya "Santander" bankının törəmə şirkətini 132 milyon dollar cərimələyib

Bakı. Trend:

Böyük Britaniyanın maliyyə nəzarət orqanı İspaniyanın ən böyük maliyyə və kredit qrupu "Santander"in törəmə şirkətini maliyyə axınlarına nəzarətdə səhv hesablamalara görə 107,8 milyon funt sterlinq (132 milyon dollar) cərimələyib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü qurumun yaydığı məlumatda deyilir.

Bildirilir ki, Britaniyanın Maliyyə Davranış Təşkilatı (FCA) və Nəzarət Orqanı çirkli pulların yuyulması ilə mübarizə mexanizmində ciddi və sistematik qüsurlar aşkar etdikdən sonra şirkəti cərimələyib.

31 dekabr 2012-ci ildən 2017-ci il oktyabrın 18-dək belə səhv hesablamalar 560 000-dən çox biznes müştərinin hesab idarəçiliyinə mənfi təsir göstərib. Departamentin sözçüsü Mark Stüardın sözlərinə görə, bu, çirkli pulların yuyulması və digər maliyyə cinayətləri ilə bağlı ciddi risklərin yaranmasına gətirib çıxarıb.

"Santander", öz növbəsində, baş verənlərdən "çox təəssüfləndiyini" və artıq problemlərin aradan qaldırılması üçün addımlar atdığını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti